Fotoqraflar Birliyinin açıq qapı günü baş tutdu.
A A A
07/04/2016
Oxunma sayısı : 90177

|

Azərbaycan Fotoqrafları Birliyinin Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Formunun mənzil qərargahında təşkil etdiyi ənənəvi “AçıqQapı” günü toplantısı 3 Iyul 2016-cı iltarixində 12:00-da açıq elan edildi. Toplantını AFB idarəheyətinin sədri Mirnaib Həsənoğlu açdı. İlk olaraq AFB-nin idarəheyətinin üzvü Rauf Umudovun 2 İyul 2016-cı iltarixində 60 illik yubileyi münasibəti ilə başda AFB-nin sədri Mirnaib Həsənoğlu və ümumilikdə idarə heyəti üzvləri olmaqla bütün kollektiv və gəlmiş qonaqlar təbrik etdi. Daha sonra toplantıda bir çoxməsələlərə toxunuldu. Beləki, 2-5 iyun 2016-cı il tarixləri arasında Türkiyənin Malatya şəhərində baş tutmuş “Beynəlxalq 2-ci Malatya Fotokampı” Malatyanın Akçadağ İlçesində yerləşən Ləvənt Vadisində baş tutmuşdu. Bu Beynəlxalq fotokampda iştirak etmiş Mirnaib Həsənoğlu fotokamp haqqında təəssüratlarını bölüşdü və kamp müddətində iştirakçıların fotolarından ibarət hazırlanmış qısa video-roliklər nümayiş etdirildi. AFB-nin yeni yaradılmış www.photographer.az saytının və yeni üzvlük kartının dizaynı Həsən İsmayılov tərəfindən təqdim olundu. Həmçinin yeni “QızılıNisbət” adlı fotomüsabiqənin kordinatorluğunu öz üzərinə götürmüş Həsənİ smayılov müsabiqə haqqında da ətraflı məlumat verdi. Müasbiqə Archifoth tərəfindən keçirilir. 

6-12 iyun 2016 –cı il tarixlərində Başqurdstan Respublikasında XXVI Beynəlxalq “Başqurdstan. Təbiət. İnsan. Mədəniyyət-2016” aksiyası keçirilmişdi. Bu fotoplenarın iştirakçısı olmuş Rauf Umudov plenar haqqında öz təəssüratlarını bölüşdü və orada çəkdiyi fotoşəkillərdən ibarət slayd-şounu təqdim etdi. 

Bundan başqa, bildiyimiz kimi, bu il Azərbaycanda “Multikulturalizm” ili kimi qeyd olunur. Bu səbəbdən yeni foto layihələrdən biridə “Azərbaycanda Multikulturalizm” foto müsabiqəsidir.Foto müsabiqə haqqında isə Ayxan Əhmədov ətraflı məlumat verdi. Daha sonra isə “Davamlı Turizminİn İnkişafına Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “Azərbaycan” foto müsabiqəsi haqqında ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması layihəsi haqqında da məlumat verərək Mirnaib Həsənoğlu digər yeni bir layihə olan ASAN Könüllüləri III Yay Məktəbi – Həmrəylik Düşərgəsi adı altında Lahıcda həyata keçiriləcək foto tədbir haqqında məlumat verdi. 

Bu ay üçün elan olunmuş mövzu “Sirli Siluet” adlı müsabiqə idi. Müsabiqənin mövzu müəllifi Günel Məmmədova, koordinatoru isə Süleyman Süleymanlıidi. Müsabiqənin kuratoru Fərqanə Qasımlı və koordinatoru Süleyman Süleymanlı musabiqə haqqında məlumat verdilər. Qeyd edək ki, ümumilik də müsabiqəyə 23 nəfər həvəskar və peşəkar fotoqraf 69 foto ilə qatılmışdır. Onlardan 7 nəfərin 28 fotosumüsabiqə şərtlərinə zidd olduğu üçün qəbul edilməmişdir. Şərtlərə görə fotolar son 1 il ərzində çəkilməliidi. Bu səbəbdən də müsabiqəyə cəmi 16 fotoqrafdan 41 foto qəbul edildi. Fotolar səs vermə yolu ilə seçildi. Beləki, səs çoxluğu ilə “Sirli Siluet” aylıq foto müsabiqəsinin qalibləri Toğrul Həsənbəyli, Həsən ismayılov və Fidan Cəfərova oldu.Ümumi iştirakçılar tərəfindən müzakirə edilərək seçilən fotoların müəllifləri diplom və hədiyyələrlə təltif olundular. Müsabiqənin kordinatorluğuna görə Süleyman Süleymanlıya sertifikat təqdim olundu. Sonda ənənəvi xatirə fotosu çəkildi. 

Bununla da, iyun ayı üçün nəzərdə tutulmuş “Açıq qapı” günü toplantısına yekun vuruldu.

Azərbaycan Fotoqrafları ictimai birliyi

ŞƏRHLƏR
XƏBƏRLƏR
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46