Layihənin yekun tədbiri keçirilib
A A A
10/18/2018
Oxunma sayısı : 12690

|

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi və kənd təsərrüfatında intensiv inkişafın əsası kimi” mövzusunda maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur. 

Layihə çərçivəsində yekun tədbir Milli QHT Forumunun ofisində yerləşən iclas zalında keçirilmişdir. Tədbirdə “AZSIĞORTA”ASC-nin əməkdaşı Ramin Cəfərov, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova, “Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova, "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova, “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova, “Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova, “Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Xədicə Mikayılova, “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov, "Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək" İctimai Birliyinin sədri Taleh Əliyev,  “Sağlamlıq Naminə Təbiblər” İctimai Birliyinin baş katibi Amil Tağıyev, sahibkar Qarabağ qaziləri və ABC Tədris və inkişaf mərkəzinin rəhbəri Leyla Həsənova iştirak etdilər. Tədbir çərçivəsində biznes fəaliyyətinin müxtəlif halqalarında (istehsal, transport və ixrac) risklər haqqında maarifləndirici təqdimat keçirildi. 

Tədbiri giriş sözü ilə açan Layihənin rəhbəri Elnarə Məhərrəmova bildirdi ki, bu gün səhər saatlarında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib. Etimad Əsədovun vəfatı ilə bağlı dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyir. Etimad bəyin doğmalarına və yaxınlarının kədərinə şərik olduğunu və onlara səbr diləyini söylədi. Bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 4 ay müddətində icra olunan layihə haqqında məlumat verdi. Tədbirlər əsasən Xaşmaz, Qusar və İsmayıllı rayonlarında həyata keçirilib. Eyni zamanda “Aqrar sığorta: ixrac potensialının gücləndirilməsi” adlı bukletlər çap edilərək tədbir iştirakçılarına paylanılıb. 

Layihənin eksperti Rəşad Həsənov aqrar sığortanın yeni sosial-iqtisadi çağırışlar fonunda əhəmiyyəti, mövcud vəziyyət, sığorta sahəsində ortaya çıxan çətinliklər, beynəlxalq təcrübədə kənd təsərüfatı fəaliyyətinin sığortalanması və maliyyə təminatının gücləndirilməsi kimi məsələlər haqqında geniş təqdimatla çıxış etdi. Aqrar sığorta sisteminin təkmilləşdirilməsi, praktikiliyi və əlaçatanlığı məqsədi ilə 7 bənddən ibarət təklifləri iştirakçıların diqqətinə çatdırdı. 
Tədbirə dəvət olunmuş “AZSIĞORTA” ASC-nin əməkdaşı mövzu ilə əlaqədar məlumat verdi və müzakirələrdə verilən sualları cavablandıraraq sığortanın fermerə faydası və kənd təsərrüfatı məhsullarının sığortasının kreditora faydası haqqında məlumat verdi. 

Daha sonra mövzu ilə əlaqədar mezakirələr aparıldı. Tədbirdə iştirak edənlərin fikirləri və təklifləri dinlənildi. 
Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova hazırlanan təkliflər paketinin aidiyyatı qurumlara təqdim olunacağını diqqətə çatdırdı. Layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi. 

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir” - 18 / 11 / 2018 18:55
Layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb - 18 / 11 / 2018 12:54
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir - 18 / 11 / 2018 11:44
Mirhəsən Seyidov: "Uğurlu inkişafın istiqamətlərində duran ən əsas insanlardan biri gənclərdir" - 16 / 11 / 2018 19:22
QHT sədri Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək - 16 / 11 / 2018 12:59
Şuranın elan etdiyi 2019-cu il birinci qrant müsabiqəsi ilə bağlı ARB TV-də müzakirə aparılıb - 16 / 11 / 2018 04:59
QHT Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi - 15 / 11 / 2018 16:08
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2018 13:22
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib - 15 / 11 / 2018 04:00
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55