Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto
A A A
10/15/2018
Oxunma sayısı : 13738


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Şəki şəhərində ictimai müzakirə keçirib.
 
Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov  Şuranın dəstəyilə ölkə QHT-lərinin milli maraqlarımızın qorunması və ictimai maarifləndirmə istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib. O, Şuranın regionlarda da yerli QHT və icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurduğunu diqqətə çatdırıb.
 
Sonra Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
 
Toplantıda məruzə ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov vurğulayıb ki, Şuranın yaranması əsasını ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinə olan yüksək diqqətinin təzahürüdür: “Cənab prezident İlham Əliyevin fərmanı ilə Şuranın yaradılması Azərbaycanda vətəndaş cəmiyyətinin milli əsaslarının möhkəmləndirilməsi, QHT-lərin xarici donor asılılığından qurtarılmasının başlanğıcı idi. Demokratiya yolunda inamla addımlayan ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və onların fəaliyyətinin müasir beynəlxalq standartlar səviyyəsində tənzimlənməsi bu gün dövlətimizin əsas prioritetlərindəndir”.
 
İcraçı direktor deyib ki, 10 illik fəaliyyəti dövründə Şura qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün cəmiyyətdə böyük ictimai səfərbərlik işi aparıb. Bu illər ərzində Şuranın maliyyələşdirdiyi 4500-dən çox layihə çərçivəsində ictimai əhəmiyyət kəsb edən bir çox problemlərin həlli istiqamətində mühüm işlər görülüb. Cəmiyyətin ayrı-ayrı sahələrini əhatə edən dövlət proqramlarına fəal ictimai dəstək təmin edilib.
F. Qurbanov bildirib ki, Azərbaycanın milli maraqlarının təminatı və ölkəmiz haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması işində prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şuranın maliyyə yardımı ilə QHT-lər müxtəlif ölkələrdə 200-dən çox layihə həyata keçirib. Bu layihələr çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımı haqqında məlumatlar müxtəlif ölkələrə yayılıb.
Avropa universitetlərində Qarabağ guşələri yaradılıb, Azərbaycanın üzləşdiyi ən böyük problem - ərazi bütövlüyünün pozulması ilə bağlı filmlər çəkilib, saytlar və kitablar hazırlanıb. Şuranın dəstəyi ilə milli QHT-lərimiz BMT-də, Avropa Parlamentində, Avropa Şurasında, ATƏT-də və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edirlər”.
Katibliyin icraçı direktoru bildirib ki, ötən dövrdə Şura ölkə QHT-ləri üçün təkcə milli donor deyil, həm də etibarlı tərəfdaş rolunda çıxış edib.
Fərasət Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, demokratik dəyərlərin qorunmasına və QHT-lərə göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə ictimai sektor adından dərin minnətdarlığını bildirib.
 
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, həmçinin onlara Şuranın fəaliyyətinin 10 illiyinə həsr edilən kitab təqdim olunub.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir” - 18 / 11 / 2018 18:55
Layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb - 18 / 11 / 2018 12:54
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir - 18 / 11 / 2018 11:44
Mirhəsən Seyidov: "Uğurlu inkişafın istiqamətlərində duran ən əsas insanlardan biri gənclərdir" - 16 / 11 / 2018 19:22
QHT sədri Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək - 16 / 11 / 2018 12:59
Şuranın elan etdiyi 2019-cu il birinci qrant müsabiqəsi ilə bağlı ARB TV-də müzakirə aparılıb - 16 / 11 / 2018 04:59
QHT Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi - 15 / 11 / 2018 16:08
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2018 13:22
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib - 15 / 11 / 2018 04:00
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55