Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib
A A A
10/15/2018
Oxunma sayısı : 13172

|

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsi” layihəsinin yekun tədbiri keçirilib.

Layihənin ideyası barədə danışan layihə rəhbəri, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, layihə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan rayonlarından didərgin düşmüş məcburi köçkünlərin həyat şəraiti, təhsil imkanları, məşğulluq, sosial təminat və digər aspektlərini özündə ehtiva edən sosial vəziyyətinin qiymətləndirilməsinin aparılması vasitəsilə Azərbaycan Hökumətinin bu sahədə həyata keçirdiyi dövlət siyasətinə dəstəyin göstərilməsi məqsədilə icra olunub. Qeyd edilib ki, icra müddəti cari ilin 15 aprel – 15 oktyabr tarixlərinə təsadüf edən bu layihə çərçivəsində məcburi köçkünlərlə bağlı mövcud vəziyyətin bir sıra aspektləri öyrənilib və onların sosial qiymətləndirilməsi aparılıb. Qiymətləndirilmə zamanı məcburi köçkünlərdən ibarət fokus qrupları ilə təşkil olunan görüşlərdə onların sosial vəziyyətinə dair müzakirələr aparılıb və əhalinin bu kateqoriyasına aid edilən şəxslər arasında sorğu keçirilib. Qiymətləndirilmə zamanı əldə olunmuş nəticələr və onların təhlili əsasında məcburi köçkünlərin sosial vəziyyətinə dair vəsait hazırlanıb.

Layihə rəhbəri A.Allahverənov vurğulayıb ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həll olunması həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu gün Azərbaycan Hökuməti məcburi köçkünlərin məşğul məşğulluğunun təmin edilməsi, həyat səviyyəsinin yüksəldilməsi, müvəqqəti məskunlaşdıqları yerlərdə və obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədi ilə davamlı və irimiqyaslı proqramlar həyata keçirir. Məhz bunun nəticəsidir ki, məcburi köçkünlərin sosial vəziyyəti bu gün qənaətbəxş dəyərləndirilir. Birlik rəhbəri bununla yanaşı həm qeyd edib ki, aparılmış qiymətləndirilmə müasir dövrün tələblərinə cavab verən və operativ şəkildə idarə olunan məcburi köçkünlərin vahid məlumat bazasının təkmilləşdirilməsi, bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində şəffaflığın artırılması, hədəfli şəkildə hazırlanacaq məşğulluq strategiyası və peşə təhsili proqramları əsasında əmək fəaliyyəti imkanlarının genişləndirilməsi, həssas qruplar üçün sosial dəstək proqramlarının hazırlanması, vətəndaş-dövlət münasibətlərinin effektivliyinin və interaktivliyinin inkişaf etdirilməsi üçün elektron platformanın yaradılmasını, vətəndaş iştirakçılığının yüksək səviyyədə təmin olunması ilə bağlı geniş spektrli tədbirlərin həyata keçirilməsinin zəruri olduğunu göstərir. 

Məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı çıxış edən icra qurumlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri, məcburi köçkün icmalarının təmsilçiləri bildiriblər ki, əhalinin həssas kateqoriyasına aid edilən məcburi köçkünlərin sosial vəziyyətinin ayrı-ayrı aspektləri hələ də aktual olmaqda qalır. Çıxışçılardan Dövlət Miqrasiya Xidmətinin (DMX) təmsilçisi Nazim Salmanov, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) nümayəndəsi Elsevər Ağayev, vətəndaş cəmiyyətinin fəalları Mətanət Əsgərzıqı, İradə Rizazadə, Zeynəddin Şabanov, Salman Əliyev, Şərqiyyə Dadaşeva, Könül Quliyeva və digərləri aparılmış qiymətləndirmə yüksək dəyərləndirib, layihə perspektivləri, xüsusilə də məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı işçi qrupların yaradılması barədə yeni təklif və tövsiyələr irəli sürüblər. Tədbir iştirakçıları əminliklə qeyd ediblər ki, torpaqlar işğalda azad olunmayanadək və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtmayanadək bu məsələlər daima büruzə verəcək. Amma buna baxmayaraq məcburi köçkünlərin sosial həyatının müxtəlif aspektləri cəmiyyətin diqqət mərkəzində saxlanılmalı və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi ilə bağlı uzunmüddətli proqramlar davam etdirilməlidir.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış “Məcburi köçkünlərin sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı vəsait paylanılıb.    

"Həyat" Humanitar Dəstək İctimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir” - 18 / 11 / 2018 18:55
Layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb - 18 / 11 / 2018 12:54
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir - 18 / 11 / 2018 11:44
Mirhəsən Seyidov: "Uğurlu inkişafın istiqamətlərində duran ən əsas insanlardan biri gənclərdir" - 16 / 11 / 2018 19:22
QHT sədri Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək - 16 / 11 / 2018 12:59
Şuranın elan etdiyi 2019-cu il birinci qrant müsabiqəsi ilə bağlı ARB TV-də müzakirə aparılıb - 16 / 11 / 2018 04:59
QHT Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi - 15 / 11 / 2018 16:08
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2018 13:22
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib - 15 / 11 / 2018 04:00
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb - 12 / 11 / 2018 05:48
Veteran jurnalist xatirə medalı ilə təltif edildi - 11 / 11 / 2018 19:55