Şuranın dəstəyilə "Daktil öyrənək- daktil əylənək" layihəsinin təqdimatı olub
A A A
10/06/2018
Oxunma sayısı : 5597

|

"Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə "Daktil öyrənək-daktil əylənək" layihəsinin təqdimatı olub.

QHT.az xəbər verir ki, tədbirdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə və Əlil Ziyalılar ictimai birliklərinin icra etdiyi layihənin məqsədləri barədə qonaqlara məlumat verilib.

Tədbiri giriş sözü ilə açan "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzinin direktoru Saday Abdullayev bildirib ki, rəhbərlik etdiyi mərkəz yeni fəaliyyətə başlayıb və ilk olaraq burada "Daktil öyrənək-Daktil Əylənək" layihəsinin təqdimatı təşkil olunub.

Yeni istifadə edilmiş mərkəz haqqında məlumat verən Saday Abdullayev qeyd edib ki, Mərkəz MDB dövlətləri arasında analoqu olmayan bir mərkəzdir. Bərpa Mərkəzində görmə imkanları məhdud şəxslərin tibbi, peşə, sosial, əmək, idman reabilitasiya və abilitasiyalarının təşkili üçün beynəlxalq standartlara cavab verən şərait yaradılıb. Mərkəzdə görmə imkanları məhdud şəxslər 3 ay müddətində reabilitasiya kursuna cəlb edilərək brayl əlifbasına, kompüter biliklərinə, incəsənətin müxtəlif növlərinə, üzgüçülük, yüngül atletika və idmanın digər sahələrinə yiyələnərək, gələcək həyatlarında əldə etdikləri bilik və bacarıqlardan istifadə etməklə öz məşğulluq problelərini həll etmək üçün və Cəmiyyətə inteqrasiya olunmaları üçün dəstək olacaqdır.

Daha sonra çıxış edən Reyhan Cəfərova müəllifi olduğu layihə barədə məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq görmə imkanları məhdud uşaqlar üçün daktil (yəni əllə hiss olunan) kitabların, dərs vəsaitlərinin və intellektual oyuncaqların hazırlanmasına başlanılıb Əlillərin məşğulluq problemlərinin həllinə dəstək məqsədi ilə vəsaitlərin hazırlanması prosesi görmə imkanları məhdud şəxslərə öyrədilib. Daktil kitablardan, vəsaitlərdən və oyuncaqlardan istifadə kor və zəifgörən uşaqlarda erkən müdaxilə yolu ilə kiçik əl motorikasının inkişafının surətləndirilməsinə və ətraf aləmin görüntülü (təxəyyüldə formalaşmış) şəkildə dərk edilməsinə xidmət edəcəkdir.

Layihə rəhbəri vurğuayıb ki, layihə çərçivəsində icra edilmiş fəaliyyətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanın”, Azərbycan Respublikasının Konstitusiyasının və ölkənin prezidentinin “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə DÖVLƏT PROQRAMI”nın başlıca tələbi olan imkan və hüquq bərabərliyinin təmin edilməsinə yönəldilib.

Çıxış edən qonaqlar layihənin vacibliyini vurğulayaraq yeni açılmış mərkəzin fəaliyyətinə uğurlar arzulayıblar.

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46