Prezidentimizin uğurlu siyasəti nəticəsində ölkəmiz ildən-ilə inkişaf edir
A A A
09/11/2018
Oxunma sayısı : 15743

İctimai Birliyinin sədri Səbinə Kərimova bildirib.

Sədr bölgələrin hər bir guşəsində quruculuq və inkişafa yönəlik işlərin aparılması, yeni yolların çəkilməsi, su və kanalizasiya xətlərinin dəyişdirilməsi, qazlaşdırmanın aparılması, məktəb, xəstəxana və digər sosial obyektlərin istifadəyə verilməsi, eləcə də kənd təsərrüfatı sahəsinin dirçəldilməsi, turizmin genişləndirilməsinin müasir inkişaf göstəricisi olduğunu qeyd edir: "Hesablamalar göstərir ki, "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" proqramının həyata keçirildiyi müddət ərzində ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatıb. Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət bölgələrin inkişafında xüsusi əhəmiyyət daşıyır. Əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ayrı-ayrı rayonların inkişafına ciddi təsir göstərib..Ötən müddət ərzində Şirvan şəhərində, Saatlı, Biləsuvar, Qax, Ağstafa, Daşkəsən, Tovuz, Sabirabad və Ucar rayonlarında hər biri 16 mənzilli, Sumqayıt şəhərində, Yevlax və Masallı rayonlarında hər biri 36 mənzilli, Bakı şəhərinin Suraxanı və Qaradağ rayonlarında, Xırdalan şəhərində hər biri 81 mənzilli yaşayış binaları inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir. 63 səhiyyə, 87 təhsil müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində 2009-cu ildə Heydər Əliyev Fondunun xətti ilə 1600 şagird yerlik 6 yeni məktəb binası inşa olunmuş, 7 olimpiya idman kompleksi istifadəyə verilmişdir".

Səbinə Kərimova Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli 3004 nömrəli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edildiyini, ölkəmizdə kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük  tədbirlər görüldüyünü xatırladaraq bildirdi ki, fermerlərə güzəştli yardımlar,lizinqlə avadanlıqlar,məhsulların xarici bazara çıxardılması və bir çox sahələrdə "Pambıq, tütün, qarğıdalı, üzüm və fındıq məhsullarının yetişdirilməsi, heyvandarlıq, istehsalı sahəsində yeni metod və texnologiyalar üzrə yeniliklərə imza atmışıq: "Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişlər. Kənd təsərrüfatında yeni iş yerlərinin açılmasında, yoxsulluğun azaldılmasında, əhalinin rifah halının yaxşılaşdırılması, regional layihələrin həyata keçirilməsində böyük nailiyyətlər əldə olunmuşdur. Aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində daxili istehsal hesabına əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində əhəmiyyətli nəticələrə nail olunub, Kənd yerlərində kiçik emal müəssisələrinin, xüsusilə ət, süd, meyvə-tərəvəz emalı və aqrar-informasiya xidməti yaradılıb.Yüz minlərlə hektar torpağın vəziyyəti yaxşılaşdırılıb və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılıb. Dörd su anbarı tikilib və onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarıdır.Bundan əlavə  Tovuzçay, Göytəpə su anbarları tikilmişdir.. Ümumilikdə, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Kənd təsərrüfatı istehsalçılarının sığortalanması dövlət dəstəyi  ilə həyata keçirilir.Subsidiyaların verilməsi , kənd təsərrüfatında intensiv metodların stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsali,  və s.  Hazırda ölkənin regionlarında müxtəlif kənd təsərrüfatı məhsullarının saxlanılması və ya tədarükü üzrə 212 anbar, o cümlədən 103 taxıl anbarı mövcuddur".

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyaslna Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da getdikcə iqtisadiyyatın əsas sahələrindən birinə çevrilən turizmin bir çox xidmət sahələrini özünə cəlb edərək, bütövlükdə cəmiyyətə xidmət edildiyini qeyd edir: "Bölgələrdə aparılan yenidənqurma işləri turizmə əsaslı dəstək vermişdir. Beynəlxalq standartlara cavab verən mehmanxanaların, Şahdağ Qış-Yay Turizm Kompleksinin istifadəyə verilməsi, Tufan Dağ  Turizm kompleksi  və tarixi abidələrin bərpası kimi tədbirlərin davam etdirilməsi ölkəmizdə turizmin inkişafına yardımçı olmuşdur. Regionlarda turizm sektoru infrastruktur baxımından inkişaf etdikcə, yerli xidmətlərə daha çox diqqət yönəlmişdir.

Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində turizm sektoru intensiv olaraq inkişaf etmişdir. Ölkədə açılan 1 milyon 300 minə yaxın iş yerinin ümumi tərkibində turizm obyektlərinin də əhəmiyyətli rolu var. Bu sahə insanların məşğulluğunun genişlənməsinə, yoxsulluğun aşağı salınmasına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar icra edilən dövlət proqramları çərçivəsində ümumilikdə turizm sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Regionlarda çoxsaylı turizm mərkəzləri yaradılmışdır".

Səbinə Kərimova bildirir ki, hər il Azərbaycanda 25-50 yeni mehmanxana, hotel, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. 2002-2003-cü illərdə iş adamlarında turizm sahəsinə böyük maraq yaranıb. "Həmin vaxt cəmi 32 turizm şirkəti vardı, bu gün isə onların sayı 123-dür. Əvvəllər ölkədə cəmi 40-50 hotel lisenziya almışdısa, bu gün isə artıq 300-ə qədər hotel lisenziya alıb.

TANAP layihəsi,1-ci Avropa oyunları,  "Formula 1 Grand Prix", İslam oyunları və bir sıra digər böyük beynəlxalq idman   mərasimləri zamanı turistlər Azərbaycana gələrək Azərbaycanın görməli yerlərinə gedir və buradan xoş təəssüratla ayrılırdılar. Məhz bu Cənab Prezidentimizin yenidən quruculuq proqramı əsasında baş vermişdir Azərbaycan əvvəllər heç bir Avropa ölkələrində və digər ölkələrdə bu cür tanınmırdı. Cənab Prezidentimizin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün inkişaf etməkdə olan ölkələr sırasına daxil olmuşdur. Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuşdur".

Səbinə Kərimova qeyd edir ki,  prezidentimizin uğurlu siyasəti nəticəsində ölkəmiz ildən-ilə inkişaf edir.

"Sadəcə bir nüansa toxunmaq istərdim ki, ölkəmizin günü-gündən inkişafı bir vətəndaş kimi bizi çox sevindirir. Yalnız ölkəmizdə bu qədər abadlıq işləri aparılsa da, yeni tikililərdə və yeni salınan yollarda, binalarda əlilliyi olan şəxslər nəzərə alınmır. Bu isə bizim inkişafımıza öz mənfi təsirini göstərir. Pandusların düzgün quraşdırılmaması və yeni tikilmiş binalarda nəzərə alınmanası, yollarda və səkilərdə əlilliyi olan şəxslər üçün keçidlərin qoyulmaması, onların çətinlik çəkməsinə səbəb olur" .

"Bu gün Azərbaycanda keçirilən beynəlxalq tədbirlər və iqtisadiyyatımızın inkişafı ölkəmizin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynayır. İqtisadiyyatımızın güclənməsi  sayəsində Azərbaycan inkişaf etmiş öndəgedən ölkələr sırasına daxil olmaqdadır. Bu inkişaf Azərbaycanı dünyaya tanıdaraq onun necə güclü dövlət olduğunu göstərir. Azərbaycan iqtisadiyyatı gücləndikcə xaricdən gələn turistlər ölkəmizə üz tuturlar. Bununla da Azərbaycan özünün milli-mədəni irsini dünyaya lazımınca çatdıra bilir. Prezident İlham Əliyevin apardığı yürütdüyü siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı hərtərəfli güclənərək xırda və böyük dövlətlər arasında öz sözünü deyən ölkə kimi tanınır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

OLaylar.Az

Səbinə Kərimova

ŞƏRHLƏR
XƏBƏRLƏR
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46