Qeybət üçün axmaq enerji...
A A A
09/08/2018
Oxunma sayısı : 7914

Raminə Eyvazqızı

Böyükləri elə hey başa salmağa çalışdıq ki, bu enerji içkilərini içməyin. Etiraz edənə, yenə klassik “istəmirsən içmə” dedilər. İndi uşaqlar bu bəlaya düşüb, mübahisələrində qalibə alınacaq hədiyyə həmin içki olur. Marketlərdə ara -sıra “birini alana, biri hədiyyə”şirnikləndirici reklamları görürük.

Azyaşlı qız uşaqları dadanıb artıq. Yeniyetmələrin hormonları dingildədikcə bir-birinə “ baxaq görək kim ən çox enerji içkisi içir” deyirlər. Bədbəxtin balaları sizin təbii enerjiniz indi-indi yüklənir bədənə, niyə təravətli bədəninizə zülm edirsiniz. 

İllərdir, qara qışqırıq qoparırıq, enerji içkisini ölkəyə gətirəni hərtərəfli söyüşə tuturuq nəticə yoxdur. Monopoliyanın yeri, bünövrəsi kök atıb artıq.
Ötən il telekanallardan birində gecə saatında intelektual veriliş tapmışdım, gənclərin sağlamlığından danışılırdı, di gəl ki, ekranda ümumi planda məşhur enerji içkisi studiyanı bəzəmişdi. Aparıcı hər reklam fasiləsində birini açıb içirdi. 

İndi də neçə gündür, tv kanallarda enerji içkisi alanlar üçün lotereya keçirilir. Hətta enerjisi təpəsinə vurmuş bir oğlan sinəsinə döyürdü ki, artıq uduşda olan maşını qazanıb. Auditoriyanı əlində oyuncaq edən tv-lərin (istisnalar var) məqsədi insanların cibinə canla-başla girməkdir. Bəs uşaqların beynini niyə qazırsız, onlara bu zibil içkini içmək üçün təzə bəhanəyə ehtiyac yox idi axı. Sırımayın!

Qadın tanıyıram ki, evinə bolluca enerji içkisi alır və uşaqlarına bir işi gördürmək istəyəndə ondan vəd edir.

Bu süni enerji mənbəyinin yarandığı yer haqqında da mübahisələr var. İlk dəfə ABŞ Müdafiə Nazirliyinin hərbiçilər üçün istehsal və istehlak etdiyi deyilir. Yaponiya da deyir ki, psixoloji problemi olan insanlar üçün energetikləri özüm kəşf etmişəm. Kəşflik bir məsələ yoxdur, sadəcə içkidə kofein və taurinin dozası həddini aşıb, bunu içənlər qəfil enerji bombası yaşayırlar və dərmanın təsiri kimi az sonra süni enerji yox olur.

Bu il də abituriyentlərə qohum-əqrəba tərəfindən ən çox hədiyyə alınan enerji içkiləri olub. Nəticədə güya oxumaqdan yorulmamaq üçün bu içkiyə aludə olan nəsil yetişir. Bu nəsil də bir araşdırıb-axtarmır ki, dünyanın bəzi ölkələrində (Norveç, Danimarka, Fransa, ABŞ ştatlarında) bu içkilər qadağa olunub və ya satışı məhdudlaşdırılıb, buna səbəb nələrdir. Səbəb təkdir, energetiklər birbaşa ürəyin düşmənidir! 

Bizdə enerji içkisindən  istifadə edənlərin çoxunun məqsədi  işini, əmək qabiliyyətini yüksəltmək deyil, dilinə güc verməkdir. O içkinin içində nə varsa, hamı bu axmaq enerjidən ya qeybət, ya şər-böhtan, ya da yalan üçün istifadə edir. Xüsusiylə kişilər, məhlənin qadın, kişisi qalmır. Hamının  diaqnozunu görmək istədikləri kimi qoyurlar. Veyil-veyil gəzənlərin vaxt itirmək üçün “enerji”ləri bərpa olur. Sükan arxasında olanlar necə cuşa gəlirlərsə, sürətin həddini aşıb yolda hoqqabazlıq edirlər. Şəhərdən rayona gedəndə yol boyu içilib qanacaqsız sürücülər tərəfində maşından təbiətə atılan enerji içkisi qablarını görürük.

Yeni yaranan Qida Təhlükəsizliyi Agentliyindən 18 yaşına çatmayanlara bu içkilərin satılmaması tövsiyəsi gəlir. Quruca sözə qulaq asan varmı ki? Uşaqları siqaret, içki almağa göndərən valideynlər durmuşkən, dərdimizi kimə deməliyik?


http://qafqazinfo.az

ŞƏRHLƏR
XƏBƏRLƏR
Masallıda vərəmlə bağlı vəziyyət müzakirə olunub - 20 / 10 / 2018 11:41
Azərbaycanda avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir - 19 / 10 / 2018 17:20
Şura 2019-cu il qrant müsabiqəsinin mövzularını təsdiq edib - 19 / 10 / 2018 17:10
“Vicdanlı işəgötürənlərin vergi və sosial ödəmə yükü artırılır” – QHT sədri - 19 / 10 / 2018 16:59
Şuranın dəstəyilə QHT TV-nin Xəbərlər Blokunun 14-cü buraxılışı hazırlanıb - Video - 19 / 10 / 2018 07:21
Bakı QHT Resurs və Təlim Mərkəzi QHT-lərin xidmətindədir - 19 / 10 / 2018 06:52
“Loqos”da növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib. - 19 / 10 / 2018 06:45
ADPU-da “Layihələrin yazılması və idarə edilmə si” adlı təlim keçirilib. - 19 / 10 / 2018 06:42
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 18 / 10 / 2018 15:41
"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi - 18 / 10 / 2018 14:33
Şuranın 10 illik yubileyi ilə bağlı fərqli statistik video-çarx - 18 / 10 / 2018 13:01
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub - 18 / 10 / 2018 12:20
Layihənin yekun tədbiri keçirilib - 18 / 10 / 2018 03:06
Rəsul Quliyevin fərdi sərgisi - "Mən görürəm" - 17 / 10 / 2018 21:27
"Kəlbəcərdə yeni qəsəbə salınması Cenevrə Konvensiyasına ziddir" - Sahib Məmmədov - 17 / 10 / 2018 18:39
Azay Quliyev QHT sədrinin vəfatı ilə əlaqədar başsağlığı verdi - 17 / 10 / 2018 14:24
“11 000 manat bütün şəhid ailələrinə verilməlidir“ - 17 / 10 / 2018 13:13
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağrışlar” mövzusunda beynəlxalq konfrans keçirmişdir - 17 / 10 / 2018 13:06
Şəmkirdə Şuranın fəaliyyətinin 10 illiyinə həsr olunan ictimai müzakirə keçirilib - 17 / 10 / 2018 11:48
Qarabağla ürəyi döyünən mərd, cəsur fədakar bir oğlu itirdik - 16 / 10 / 2018 19:55
“Photo magic of stars” fotosərgisi - 16 / 10 / 2018 19:13
Şuranın dəstəyilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi təqdim olunub - 16 / 10 / 2018 18:34
Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd olunub - 16 / 10 / 2018 13:59
“Loqos” da Üsküdar Universitetinin təqdimatı keçirilib. - 16 / 10 / 2018 12:24
Şuranın dəstəyilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində təqdim olunub - 16 / 10 / 2018 00:20
Azay Quliyev: Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi - 15 / 10 / 2018 17:13
Şuranın 10 illiyi və regionların inkişafında QHT-lərin rolu mövzusunda Şəkidə ictimai müzakirə keçirilib - Foto - 15 / 10 / 2018 17:05
“Nəsillərə örnək ömür” adlı tədbir keçirilib. - 15 / 10 / 2018 08:44
Məcburi köçkünlərin sosial vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə dair yekun tədbir keçirilib - 15 / 10 / 2018 05:42
Azay Quliyev: “Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir - 14 / 10 / 2018 20:46